Yunanıstan Meis adasında Almaniyanın “Deutsche Welle” televiziyasının iki jurnalistini casusluq şübhəsi ilə həbs edib.
Teleqraf.com xəbər verir ki, alman jurnalistlər Meis adasında hərbi gəmilərini çəkdikləri üçün saxlanılıb.
Öncə jurnalistlərdən çəkidkləri kadrları Yunanıstan Sahil Qüvvələrinə təqdim etməsi təklif olunub. Jurnalistlər təklifi rədd ediblər.
Prosesə müdaxilə edən Yunan Kəşfiyyat Xidməti (EYT) jurnalistlərə çəkdikləri kadrların müsadirə edildiyini bildirib.
Casusluq ittihamı ilə saxlanılan jurnalistlərə bölgədə çəkiliş aparmaq üçün icazə almaları haqda xəbərdarlıq etdikdən sonra sərbəst buraxılıb.