Fransanın Korsika adasında Ankaraya qarşı bir araya gələn 7 dövlət Türkiyəyə iki həftə vaxt verib.
Teleqraf.com xəbər verir ki, dünən Korsikada Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kipr Respublikasının anti-Türkiyə müzakirələrinin nəticələri məlum olub.
Yeddi dövlətin görüşünün nəticəsində açıqlanan bəyanatda Türkiyə ilə dialoq aparılması və irəliləyişlər əldə edilməyəcəyi təqdirdə Avropa Birliyinin əlavə tədbirlər siyahısı həyata keçirməyə hazır olduğu vurğulanıb.
Verilən açıqlamada Türkiyə tərəfindən suverenliyi pozulan Yunanıstan və Cənubi Kiprə dəstək verildiyi ifadə edilib, 24-25 sentyabrda toplanacaq Avropa Birliyinin zirvə toplantısında Türkiyəyə qarşı müəyyən tədbirlərin görülə biləcəyi xatırladılıb.
Bəyan edilib ki, bu ayın sonunda keçiriləcək Avropa Birliyi liderlərinin zirvə görüşünə qədər Ankaranın regionda mavi qaz axtarışını başa çatdırması üçün vaxtı var.