İnsanlara Lahey məhkəməsinə gedəcəyimiz təqdirdə Meis adasını itirəcəyimizi deməliyik.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Skay TV-yə müsahibəsində Yunanıstan parlamentinin deputatı Dmitris Kammenos deyib.
Deputat bildirib ki, Yunanıstanda ölkənin Lahey (Beynəlxalq Cinayət Məhkəməsi) Məhkəməsinə müraciət etməsinə ehtiyac olduğunu deyənlər var:
“Yunanıstanın sabiq xarici işlər naziri G.Katrouqalosun Türkiyənin geniş sahilə malik olması haqda çıxışı var. Bu, məhkəmədə ciddi problem olacaq. Nəzərə almaq lazımdır ki, məhkəmə hər iki tərəf üçün keçərli qərar qəbul etmək məcburiyyətində qalacaq.
Buna görə də ABŞ razılaşma əldə etmək üçün təzyiqlər göstərir. İnsanlara Laheyə gedəcəyimiz təqdirdə Meis adasını itirə biləcəyimizi deməliyik”.