Analitiklər bolşevik inqilabının lideri Vladimir Leninin dəfn edilməsi fikrinə rusların münasibətini açıqlayıblar.
Teleqraf.com xəbər verir ki, “SuperJob” sorğu xidmətinin nəticələrini “Russian Today” yayıb.
Beləliklə, 40% hesab edir ki, Leninin cəsədi ən qısa zamanda qəbiristanlıqda basdırılmalıdır. Onun cəsədini məqbərədə saxlamaq qərarı rusların 22%-i tərəfindən dəstəklənir.
Rəyi soruşulanların 17%-i Leninin cəsədinin onu hələ də əziz tutan nəsil bu dünyadan köçdükdən sonra torpağa basdırılmasının lazım olduğunu söyləyib.
Sorğuda ümumilikdə 1,6 min respondent iştirak edib.
Bundan əvvəl Rusiya Memarlar Birliyi Vladimir Leninin Qızıl meydanda yerləşən məqbərəsinin ən yaxşı istifadə konsepsiyasına dair ümumrusiya müsabiqəsinə müraciət qəbul etməyə başlayıb.
Daha sonra təşkilatın rəhbəri Nikolay Şumakov müsabiqənin ləğv edildiyini elan edib.