17 Sentyabr 2020 16:03
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantı keçirib. Görüş zamanı Kreml rəhbərinin BMT Baş Assambleyasındakı çıxışının hazırlıqları müzakirə edilib.

Axar.az xəbər edir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Onun sözlərinə görə, iclasda Rusiyanın Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Daxili İşlər naziri Vladimir Kolokoltsev və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib.


Müəllif: Teleqraf.com