İngilis parlamenti Fələstinin dövlət kimi tanınmasına dair qərarı 274 səslə qəbul edib.
Teleqraf.com haberturk.com-a istinadən xəbər verir ki, 4 saat davam edən müzakirələr zamanı deputatlar Yaxın Şərq problemi və regionun gələcəyinə dair fikirlərini səsləndiriliblər. Müzakirələr Fəhlə partiyasının Fələstinin Dostları qrupunun rəhbəri Grahame Morris tərəfindən hazırlanan “Parlament İsrail ilə yanaşı Fələstini də dövlət kimi tanımalıdır” təklifi üzərində davam edib.
Qərarın əleyhinə cəmi 12 deputat səs verib.
Qeyd edək ki, Birləşmiş Krallıqda dövlətləri parlament deyil, hökumət tanıyır. Beləliklə, səsvermə simvolik xarakter daşıyır. Ancaq qərarın ingilis hökumətini Fələstin dövlətini tanıdığına görə təzyiq altına salacağı gözlənilir.
Samir