Türkiyə təhlükəsizlik qüvvələrinin İğdır bölgəsində həyata keçirdiyi “İldırım-3” antiterror əməliyyatı çərçivəsində hərbi pilotsuz aparatlarla yerləri müəyyən edilən iki qadın terrorçu təslim olub.
Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, qadın terrorçular aparılan danışıq nəticəsində təslim olmaq yolunu seçiblər.
“İldırım-3” antiterror əməliyyatı çərçivəsində məhv edilən digər bir terrorçunun isə şəxsiyyəti müəyyənləşdirilib. Həmin terrorçu Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu qismində axtarılan “Roni” ləqəbli Holis Ərdoğan olub.