23 Sentyabr 2020 10:00
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin Sincan Uyğur Muxtar Rayonunda məcburi əməyə cəlb etmə sayəsində istehsal olunan məhsulların Birləşmiş Ştatlara idxalının qadağan edilməsinə dair qanun layihəsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, Nümayəndələr Palatasında səsverməyə çıxarılan Uyğurlar haqda "məcburi əməyin qarşısının alınması" qanun layihəsini 406 konqresmen dəstəkləyib, 3 nəfər isə əleyhinə çıxıb.

Qanun layihəsinin Konqresin üst qurumu Senatdan keçməsi lazımdır. Əgər layihə Senatdan keçsə, bu zaman onun təsdiqi və icrası üçün sənəd ABŞ prezidentinin masasına gedəcək.

Prezidentin təsdiqindən sonra faktiki Çinə qarşı növbəti iqtisadi sanksiyanın icrasına start veriləcək.

Qeyd edək ki, dünya mediasında yayılan məlumatlara görə, Çin dövləti Sincan Uyğur Muxtar Rayonunda qurduğu düşərgələrdə uyğur türklərini zorla məcburi əməyə cəlb edir.

Rəsmi Pekin isə iddia edir ki, qurduğu düşərgələrdə insanlara peşə təhsili verir və burada təcrübə toplayanlar sonradan müəyyən işlərə cəlb edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər