Koronavirusdan müalicə edildikdən sonra bazar ertəsi Ağ Evə qayıdan ABŞ prezidenti Donald Tramp özünü əla hiss edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ liderinin həkimi Şon Konlinin yazılı bəyanatında deyilir.
Qeyd edilir ki, Ağ Ev rəhbərində xəstəliyin əlamətləri müşahidə edilmir.
“Onun evdə keçirdiyi birinci gecəsi sakit olub və o, bu gün (çərşənbə axşamı-red) əlamətlərin olmadığını xəbər verib”, - həkim qeyd edib.
Şon Konli qeyd edib ki, dövlət başçısı özünü tam yaxşı hiss etməkdə davam edir.