“Minsk qrupu 30 ilə yaxındır davam edən Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmadı”.
Teleqraf.com xəbər verir ki, bunu Slovakiyada səfərdə olan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Ölkənin baş diplomatı Türkiyənin haqlı mübarizəsində Azərbaycanı dəstəklədiyini bildirib:
“Türkiyə Azərbaycanın ərazi bütövlüyün müdafiə edir, digər ölkələr də Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidir. Status-kvo dəyişməlidir. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsi 1992-ci ildən bəri, təxminən 30 ildir Ermənistan tərəfindən işğal olunub. Minsk qrupu - Rusiya, ABŞ və Fransa bu illər ərzində bir həll yolu tapa bildimi, müsbət bir səy göstərdimi? Xeyr! Bu vəziyyət Ermənistanı Azərbaycanın işğal olunmamış bölgələrinə hücum etməyə təşviq edir. İyul ayında bunu gördük, indi də bu davam edir.
Biz də sülh və məsələnin razılıq yolu ilə həll olunmasının tərəfdarıyıq. Hər kəs Azərbaycanın üzləşdiyi durumu anlamalıdır. Azərbaycan ərazilərini geri almaq üçün mübarizə aparmalı olduğuna inanır və bunu etməyə məcburdur”.