Tacikistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 11-də keçirilmiş prezident seçkilərinin son nəticələrini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, səsvermənin nəticələrinə əsasən hazırkı dövlət başçısı Emomali Rahmon 90,92 faiz səslə qələbə qazanıb.
"Tacikistan Respublikasının Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyası qərar verir: Tacikistan Respublikası Prezidentinin seçkiləri baş tutmuş hesab edilsin. Seçkilərin son nəticələrinə görə, Emomali Rahmon səsvermədə iştirak edən seçicilərin 90,92 faizinin - 3 853 987 səsini toplayaraq Tacikistan Respublikasının seçilmiş Prezidenti sayılır", - sənəddə deyilir.