ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2012-2013-cü illərdə hazırladığı gizli hesabat KİV-ə bəlli olub. Teleqraf.com xəbər verir ki, hesabatda ABŞ-ın xarici ölkələrdəki üsyançıları silahlandırması əks olunub. Həmçinin bildirilib ki, üsyançı qrupların bu günə qədər gizli şəkildə silahlandırılması ABŞ üçün əhəmiyyətli bir effekt verməyib.
Hesabatı hazırlayan komissiya nümunə kimi Suriyanı göstərib. Hesabatda ABŞ-ın bu günə qədər xaricdə döyüşçüləri daha çox SSRİ-yə qarşı silahlandırdığı bildirilir. Xarici mücahidlərin silahlandırıldığı və tək uğurun əldə edildiyi fakt SSRİ-yə qarşı Əfqanıstandakı döyüşçülərin silahlandırılması olub. Bunun nəticəsi olaraq, Qırmızı Ordunun əsgərləri 1989-ci ildə Əfqanıstandan çıxıb.
ABŞ-ın SSRİ-yə qarşı digər bir əməliyyatı isə inqilabçı kubalıların silahlandırılması olub. Amerikanın silahlandırdığı inqilabçılar 1961-ci ildə kommunist rejimin hakim olduğu Kubada çevriliş etməyə cəhd ediblər. Lakin Kuba rəhbərliyi bunun qarşısını alaraq, ABŞ-ı məğlubiyyətə uğradıb.