Türkiyə öz əsirləri əvəzinə radikal sələfi olan Məhəmməd Mahmudu həbsdən azad olunub.
Teleqraf.com-un məlumatına görə, bu iddia ilə Avstriyanın “Kuryer” qəzeti çıxış edib.
Məlumatda Məhəmməd Mahmudun 19 avqust tarixində sərbəst buraxıldığı deyilib. Məhz bundan bir ay sonra, yəni sentyabrın 20-də türk əsirlər Ankaraya təhvil verilib. Qəzet bundan sonra Məhəmməd Mahmudun Suriyaya getdiyini bildirib. Onun burada Əbu Usam əl-Qarib ləqəbi ilə savaşdığı deyilib.
Qeyd edək ki, Məhəmməd Mahmud 2003-cü ildə İraqda Əl-Qaidə düşərgəsində təlim keçib. O, 2013-cü ilin martında Türkiyənin Hatay vilayətində həbs edilib.