19 Oktyabr 2020 18:07
9 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının ötən həftə keçirilən iclasında Yunanıstan nümayəndə heyəti Türkiyəyə silah embarqosu tətbiq olunmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” qəzeti məlumat yayıb.

Nəşr Yunanıstan Baş naziri Kiryakos Miçotakisə məxsus olan təklifin Almaniya, İspaniya, İtaliya, Macarıstan və Malta tərəfindən rədd edildiyini yazıb.

Fransa, Avstriya və Sloveniyanın dəstəklədiyi təklif Avropa İttifaqının digər üzvləri tərəfindən ciddi qəbul edilməyib.

Yunan nəşri Aİ üzvlərinin iqtisadi səbəblərdən və Türkiyədən gələn qaçqınlara qapıları açmaq qoxusundan bu təklifə isti baxmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər