22 Oktyabr 2020 00:58
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının rəhbəri Şarl Mişel oktyabrın 29-da videokonfrans formatında COVID-19 koronavirus infeksiyası ilə bağlı təcili qeyri-rəsmi Avropa İttifaqının sammitini çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri özü yazıb.

Avropa Şurasının rəhbəri əvvəllər koronavirus infeksiyası ilə bağlı Avropadakı mövcud vəziyyətin ürəkaçan olmadığını söyləyib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də Avropa Birliyindəki COVID-19 ilə əlaqədar vəziyyətin getdikcə narahatlıq doğurduğunu dilə gətirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər