22 Oktyabr 2020 08:05
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniyanın Saaremaa adası yaxınlığında iki həftə ərzində dənizdə minaların axtarışını həyata keçirən və manevretmə üzrə təlimlərdə iştirak edən NATO-nun 1-ci Daimi Mina Əleyhinə Gəmi Qrupu bu il artıq ikinci dəfə olmaqla Estoniyaya gəlib.

Teleqraf.com xəbər verir ki, Estoniyaya gələn qrupun tərkibinə “LNS Jotvingis” qərargah gəmisi, Estoniyanın tral gəmisi “EML Admiral Cowan”, müttəfiq ölkələrin “LVNS Imanta”, “FGS Sulzbach Rosenberg”, “HNOMS Maloy”, “BNS Crocus” və “HNLMS Schiedam” gəmiləri daxildir.

Bildirilib ki, təlimlərdə əlavə dəstək Estoniyanın “EML Sakala” və “EML Ugandi” gəmiləri, həmçinin Estoniyanın “EML Wambola” qərargah dəstək gəmisi tərəfindən təmin olunur.

Xatırladaq ki, Estoniyanın Hərbi-dəniz donanmasının gəmiləri 10 ildən çoxdur ki, NATO-nun mina əleyhinə qrupunun fəaliyyətində iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər