22 Oktyabr 2020 12:42
14 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsini Azərbaycan sərhədləri və suverenliyi çərçivəsində həll etmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison deyib.

“NATO indi ABŞ və Rusiyanın etdiklərini etməyə çalışır. Yəni məqsədimiz Dağlıq Qarabağdakı silahlı qarşıdurmanı dayandırmaqdır. 30 ildir həll olunmayan bu problem artıq irinləyir. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk qrupunun həmsədrləri münaqişəni ilkin mərhələyə, yəni erməni əhalinin yaşaya biləcəyi suveren Azərbaycan sərhədlərinə qaytarmağa çalışır. Bunu həll etmək olar, münaqişə də məhz o zaman başa çatacaq”, - diplomat bildirib.

Onun sözlərinə görə, problem hərbi yolla həll oluna bilməz: “Məsələni Azərbaycan sərhədləri və suverenliyi çərçivəsində həll etmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu