24 Oktyabr 2020 14:29
4 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf Ermənistandır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş deyib.

AKP yetkilisi dünya birliyindən işğala məruz qalmış Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləndiyini söyləyib:

“Ermənistana hansı ölkələrin silah və maddi-texniki dəstək verdiyini bilirik. Qarabağ məsələsində işğalçı tərəf Ermənistandır. Ermənistan insanlığa qarşı cinayətin icraçısıdır.

Hər kəsi vicdanlı olmağa dəvət edirik. Azərbaycan 33 il ərzində Ermənistan ərazilərini işğalda saxlasa, Azərbaycan Ermənistana hücum etsəydi və bu hücumlarda körpələri öldürsəydi, inanın ki, bütün dünya Azərbaycanın üstünə düşəcəkdi. Bunu Fransa, ABŞ üçün deyə bilərik. Ermənistandan daha güclü bir erməni lobbisi də var. Erməni lobbisi, xüsusən seçki vaxtlarında, ABŞ siyasətində çətinlik çəkdikləri zaman vaxt yapışmağa başlayan lobbilərdən biridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər