16 Oktyabr 2014 22:37
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbasda əvvəllər Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşı olan 15 min milis işçisi separatçıların tərəfinə keçib. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri Arsen Avakov məlumat verib.

Nazir bildirib ki, rus quldurları tərəfindən işğal edilmiş ərazidə qalan bu insanlar Daxili İşlər Nazirliyindən çıxarılıblar və maaş almırlar: “Onlar bütün sosial zəmanətlərdən məhrum ediliblər. Bu kifayət uzun prosedur sayılır, amma artıq reallaşır. Bu səbəbdən Luqansk və Donetsk ərazilərində çalışmış 15 min milis işçisinin kimə və nəyə xidmət etdiyi bəlli deyil".

Avakov bildirib ki, 3 ay əvvəl münaqişə zonasında hakimiyyətin nəzarətindən kənarda olan ərazilərdə fəaliyyət göstərən milislərə onlara ən yaxın zonada hökumət qüvvələrinə qoşulmaq göstərişi verilib: Əmri yerinə yetirənlər və buna cəhd göstərənlər Daxili İşlər Nazirliyinin xidmətində hesab olunacaq. Çıxmayanlar, əmri icra etməyənlər isə, faktiki olaraq, satqınlardır.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər