17 Oktyabr 2014 09:01
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko Milanda Almaniya kansleri Angela Merkellə görüşüb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, görüş zamanı dövlət başçıları 5 və 19 sentyabr tarixlərində Minskdə əldə olunan razılaşmalara vaxtında və tamamilə əməl olunmasının vacib olduğunu bildiriblər.

Bundan başqa, Poroşenko və Merkel Ukrayna-Rusiya sərhədində monitorinq keçirilməsi və onun texniki təminatının yüksəldilməsi üçün ATƏT-in missiyasının genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.

Görüşdən sonra Poroşenko bildirib ki, "Ukrayna ilə birlik və həmrəylik nümayiş etdirilib".

Nihad


Müəllif:

Oxşar xəbərlər