28 Oktyabr 2020 12:30
6 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin İsveçin paytaxtı keçirdiyi aksiyaya anti-türk mövqeyi ilə seçilən, PKK terror təşkilatının təbliğatçısı, yazıçı Kürdo Baksi də qatılıb.

Teleqraf.com xəbər verir ki, aksiya İsveç parlamentinin önündə baş tutub.

PKK adından çıxış edən yazıçı dəvətə görə ermənilərə təşəkkür edib, Ermənistana sevə-sevə dəstək verdiyini bildirib.

İsveçdə PKK-nın himayədarlarından biri olan Baksi PKK ilə yanaşı, Fəthullahçı Terror Təşkilatına da yardım edərək, Türkiyə və Azərbaycana qarşı aparılan qara təbliğatın önündə gedir.

Digər yandan, İsveçdə yaşayan PKK tərəfdarı olan aktyor Özz Nüjen də sosial şəbəkədə yayımladığı videoda Ermənistana dəstək olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu