28 Oktyabr 2020 12:48
37 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriya, Liviya, Aralıq dənizinin şərqi və Dağlıq Qarabağda Türkiyəyə qarşı düşmənçilik edən Fransa Prezidenti Emmanuel Makron bütün cəbhələrdə məğlubiyyətə uğradı. Uduzmuş Makron indi də İslam düşmənçiliyi ilə Türkiyəni hədəf alıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiye” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, Suriya PKK/YPG terror təşkilatı ilə əməkdaşlıq edən, Liviyada qiyamçı Haftarı dəstəkləyən, Aralıq dənizinin şərqində Türkiyəyə qarşı cəbhə açmaq istəyən, Qarabağ məsələsində Ankaranın Azərbaycana dəstəyinə mane olmağa çalışan Parisin oyunları baş tutmadı:

“Digər yandan, Afrikanın təbii sərvətlərini qəsb edən Fransanın XXI əsrdə öz çanağına çəkilmək məcburiyyətində qalması və Türkiyənin son illərdə qitədəki nüfuzunu artırması Parisi narahat etməyə başlayıb. İllərlə Afrikada müstəmləkə altında yaşayan ölkələr Türkiyənin bölgəyə girməsindən sonra bir çox yeni anlaşmalar imzaladılar.

Ankaranın Afrika strategiyası Makronu narahat etsə də, Türkiyənin qitədəki səfirliklərinin sayı 43-ə çatıb. Bu gün Afrikaya ən çox səfər edən dünya lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Afrika ölkələri ilə ticarətin həcmi son 18 ildə 6 dəfə artıb, üstəgəl, Somalidə Türkiyənin hərbi bazası qurulub.

Ərdoğan Fransa və Hollandiya kimi müstəmləkəçi dövlətlərin Afrikadan gələn pul mənbəyinin qarşısını kəsdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər