17 Oktyabr 2014 07:52
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kobanidə son bir ay ərzində davam edən döyüşlər zamanı 660 insan həyatını itirib. Teleqraf.com-un məlumatına görə, mərkəzi Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşhaidə Missiyası bildirir ki, təxminən 380 İŞİD yaraqlısı kürd qüvvələri ilə Ayn Əl-Ərəb (Kobani) ərazisində döyüşlər əsnasında öldürülüb.

Həlak olanlar arasında 260 kürd döyüşçüsü və 17 sakin var. İŞİD qrupunun hücumu nəticəsində 10 minlərlə insan Türkiyəyə qaçıb.

ABŞ ekspertləri yüzlərlə yaraqlının hücumlar zamanı öldürüldüyünü güman edir. Birləşmiş Ştatlar və digər müttəfiqlər tərəfindən kürd döyüşçülərə dəstək məqsədl ilə Kobanidə İŞİD qrupuna havadan intensiv hücumlar təşkil olunur.


Müəllif:

Oxşar xəbərlər