29 Oktyabr 2020 13:25
11 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tələb etdiyi müdafiə sistemlərini verməkdə istəksiz olan və hər fürsətdə bunu təxirə salan ABŞ-ın “S-400” qorxusu bitmir. ABŞ Dövlət Departamentinin Siyasi və Hərbi İşlər üzrə katib köməkçisi Klark Kuper Rusiyadan “S-400” sistemləri alan Türkiyəyə sanksiya tətbiq etmək haqda qəti şəkildə düşündüklərini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Kuper Türkiyənin bu məsələ ilə əlaqədar qərarını “təxribatçı” adlandırıb.

O, Vaşinqtonun keçilməməsi lazım olan “qırmızı xətt”inin “S-400”lərin aktivləşdirilməməsi olduğunu və bu barədə Ankaranı məlumatlandırdığını deyib: “S-400”lərin sınaqdan keçirilməsinin qəti şəkildə qəbuledilməz olduğunu bildirdik. Ankaranı yola gətirmək səyləri davam edir, amma hələlik heç nə alınmır”.

Amerikalı diplomat Türkiyənin Qərb dünyasında qalması üçün mümkün olan hər şeyi etdiklərini söyləyib: “Türkiyəni Qərbdən uzaqlaşdırmaq Rusiyanın maraqlarına xidmət edir”.

Türkiyə Rusiyadan satın aldığı “S-400” hava hücumundan müdafiə sistemlərini Qara dənizdə sınaqdan keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu