İslam dini ilə İsveç, Fransa arasında heç bir qarşıdurma yoxdur. Qarşıdurma toplumun böyük bir qismi ilə radikal şiddət tərəfdarları arasındadır.
Teleqraf.com xəbər verir ki, bu sözləri İsveçin Baş naziri Stefan Löfven deyib.
Baş nazir Fransanın Stokholm səfiri Etien de Konnevillenin fikirlərini dəstəklədiyini deyib.
Qeyd edək ki, səfir İslamla Fransa arasında bir qarşıdurmanın olmadığını, qarşıdurmanın toplumun böyük hissəsi ilə radikal şiddət tərəfdarları arasında olduğunu qeyd edib. Baş nazir Stefan Löfven deyib ki, bu yanaşma İsveç üçün də keçərlidir.
Xatırladaq ki, Fransanın Stokholm səfiri Etien de Konnevillenin SVT televiziyasına müsahibəsində qeyd edib ki, İslam Fransada ən böyük dindir:
"4-8 milyon müsəlman fransız var. Müsəlmanlar bizi dinləyər. Fransa ilə İslam arasında bir qarşıdurma yoxdur”.