31 Oktyabr 2020 23:53
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri İmran Xan arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, İmran Xan İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirən şəxslərlə əlaqədar Türkiyə prezidentinə başsağlığı verib.

O, Pakistanın Türkiyənin yanında olduğu mesajını çatdırıb.

Ərdoğan öz növbəsində ötən həftə Pişəvərdə baş verən terror hücumuna görə bir daha başsağlığı verdiyini söyləyib.


Müəllif: Teleqraf.com