Rusiya ilə Gürcüstan münasibətlərinin normallaşma prosesinin davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Griqoriy Karasin bildirib. Onun sözlərinə görə, bununla bağlı Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Praqada görüş keçirib və iki ölkə arasında münasibətlərin nizama salınması üzrə müzakirələr aparıb.
Karasin Gürcüstan rəsmisinə Abxaziya və Rusiya arasındakı məsələlərin münasibətlərin gərginləşməsinə səbəb olduğunu, ancaq buna baxmayaraq hazırda iki ölkə arasında danışıqların davam etdiyini qeyd edib: “Görüş zamanı Abxaziya və Cənubi Osetiya münasibətləri ilə bağlı məsələlərin gündəmə gəlməyəcəyi barədə saziş də imzaladıq. Abaşidze ilə keçirdiyim görüşdə müstəsna bir vəziyyətlə qarşılaşdım. Əslində gürcü tərəfinin bu məsələyə daha ciddi yanaşdığını gördüm”.
Samir