Bu günə olan məlumata görə İranda 8 min 289 nəfər koronavirusa yoluxub, 440 nəfər isə vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 620 min 878 nəfər, ölənlərin sayı isə 35 min 738-ə çatıb.
Müalicəsi davam edən 5 min 315 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 491 min 247 nəfər sağalaraq evə buraxılıb.
İranın 25 vilayətindəki 46 şəhərdə 10 gün müddətində yenidən karantin rejimi tətbiq olunub.