Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Petro Poroşenko ilə görüşdən razı qaldığını bildirib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Milanda Asiya-Avropa (ASEM) sammiti çərçivəsində baş tutan görüşdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İngiltərə baş naziri Devid Kemeron, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Avropa Şurasının sədri Herman Van Rompey də iştirak edib. Saat yarım davam edən müzakirələr zamanı Ukraynanın şərqində vəziyyətin stabilləşdirilməsi və rus qoşunlarının ərazidən tam çıxarılması məsələləri gündəmdə olub.
Kremlin mətbuat katibi Dmitri Peskov ASEM toplantısı çərçivəsində Ukrayna böhranının müzakirə edilməsi üçün Rusiya, Almaniya, Ukrayna, Fransa liderlərinin görüşü ilə yeni dördtərəfli iclasın keçiriləcəyini açıqlayıb. O qeyd edib ki, rəsmi səhər yeməyi zamanı baş tutan danışıqlarda bəzi liderlər obyektiv mövqe göstərməyib.
Barrozu isə açıqlamasında Ukraynanın şərqində müstəqilliklərini elan edən Donetsk və Luqansk şəhərində keçiriləcək seçkilərin Ukrayna qanunlarına uyğunlaşdırılmasının vacibliyini bildirib.
Samir