5 Noyabr 2020 12:32
6 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Fəyaz Sərracın ölkədə hakimiyyət boşluğu yaratmamaq üçün Liviyanın baş naziri vəzifəsindən istefasını geri götürməsi qərarını ağlabatan və məntiqli hesab edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Onun sözlərinə görə, bir çoxları, o cümlədən liviyalılar və xarici nümayəndələr Sərracdan hakimiyyət vakuumu yaratmamasını xahiş ediblər.

Bundan əvvəl Sərrac siyasi boşluq yaratmamaq üçün istefasından geri çəkildiyini elan etmişdi. “Əl-Ərəbiyyə” telekanalının verdiyi məlumata görə, Sərrac Türkiyə prezidenti Tayyib Ərdoğan və türk kəşfiyyatının rəhbəri Hakan Fidanla görüşlərdən sonra vəzifəsindən istefa etməkdən imtina edib.

Bundan əvvəl isə Liviya Ali Dövlət Şurasının sədri Xalid Mişri və Tripolidə fəaliyyət göstərən Nümayəndələr Palatası Fəyaz Sərracdan istefasını yeni Prezident Şurasının seçilməsinə qədər təxirə salmasını istəmişdi. Almaniya Xarici işlər naziri Hayko Maas da eyni müraciətlə Liviya hökumətinin başçısına müraciət etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər