"Rusiya artıq Ukraynaya borca heç nə verməyəcək".
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidenti Milanda jurnalistlərə bildirib.
Ukrayna prezidenti Petro Poroşenko ilə görüşünün nəticələri barədə danışan Putin qeyd edib ki, Ukraynada qaza görə ödənişlərin yığımı aşağı səviyyədədir. O, Ukrayna daxili bazarında qazın qiymətinin yüksək olmadığını da bildirib.
Rusiya prezidenti Ukrayna ilə qaz mövzusunda danışıqlarda irəliləyişlər olduğunu da bildirib: "Bəli, həqiqətən də biz bu məsələlərə çox diqqət ayırdıq. Bu məsələdə irəliləyiş var. İrəliləyiş ondan ibarətdir ki, biz ukraynalı tərəfdaşlarımızla bu ölkəyə heç olmasa, qış mövsümündə qaz verilməsi şərtlərinin yenilənməsi barədə razılığa gəldik. Bu müqavilənin bütün parametrlərini razılaşdırdıq".
Nihad