“Qarabağda olduğu kimi Suriyada da sülh və əmin-amanlıq dövrünün ən qısa zamanda başlamasını ürəkdən arzulayırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Suriya torpaqlarını qana bulayan rejimin və terror təşkilatlarının aradan qaldırılması lazım olduğuna diqqət çəkən Ərdoğan bildirib:
“Xalqın iradəsi ilə birbaşa qurulacaq yeni bir Suriyanın inşası üçün Rusiya başda olmaqla bölgədə təsirli olan qüvvələrlə yaxından çalışmağa hazırıq. Bu səbəbdən cənab Putinlə, eləcə də əlaqədar nazirlər, özüm, dostlarım və kəşfiyyat rəhbərləri davamlı təmasdayıq. Suriyadakı bu proseslə tez və operativ məşğul olmaq üçün çalışırıq. Qarabağda qısa müddətdə ədalətli bir barışıq əldə olunduğu kimi, Suriyada da səmimi əməkdaşlıq yolu ilə bənzər addımın atıla biləcəyinə inanırıq”.