18 Oktyabr 2014 09:42
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kipr respublikasının prezidenti Nikos Anastasiades Türkiyəyə əzələ nümayiş etdirmək üçün Rusiya və İsraillə birgə hərbi təlimlər keçirmək barədə razılıq əldə edib.

Rusiya və İsrail Silahlı Qüvvələri oktyabrın 20-də Kiprdə hərbi təlimlərə başlayacaq. Təlimlərdə Rusiya donanması Kiprlə Suriya arasındakı neytral sularda raket atışları həyata keçirəcək.

Digər tərəfdən isə İsrail donanması Kiprlə Krit adası arasındakı neytral sularda hərbi təlimlər keçirəcək. Bundan başqa İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Kipr səmasında uçuşlar həyata keçirəcək.

Hərbi təlimlər 2 gün davam edəcək./anspress/


Müəllif:

Oxşar xəbərlər