Honk Konqda etirazçı kütlə ilə polis arasında yenidən toqquşmalar başlayıb.
Teleqraf.com Lenta.ru-a istinadən xəbər verir ki, asayiş keşikçiləri etirazçıları dağıtmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, toqquşmada doqquz minə yaxın adam iştirak edib. 15 polisin yaralandığı hadisələr zamanı 26 aksiya iştirakçısı saxlanılıb.
Qeyd edək ki, nümayişi sentyabrın 26-də Honkonqda başlayıb. O zaman təxminən 80 min nəfər yerli hakimiyyəti müstəqil seçmək tələbi ilə şəhər küçələrinə çıxıb.
Samir