17 Noyabr 2020 12:40
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka ilə bu ölkənin quru və ərazilərindən keçən internet və telekommunikasiya kabelləri ilə məlumat əldə etməyi təmin edən “kabel müqaviləsi”nə baxmayaraq, ABŞ-ın bu ölkəni gizli şəkildə izlədiyi bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Danimarka dövlət televiziyası (DR) məlumat yayıb.

Məlumata görə, Danimarka Hərbi Kəşfiyyatının (FE, Forsvarets Efterretningstgenes) adı açıqlanmayan bir zabiti ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2015-ci ildə bu ölkədəki bəzi nazirlik və şirkətləri hədəf alaraq məlumat topladığını aşkar edib.

Zabit NSA-nın Danimarka dövlət qurumlarını və şirkətlərini izlədiyini bu qurumların rəhbərlərinə bildirib.

Məlumata görə, NSA-nın Danimarkadakı əsas hədəfləri Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi və “Terma” şirkətidir.

İzlənmə əməliyyatının üstünün açılması Danimarkanın ABŞ-dan “F-16” tipli döyüş təyyarəsi əvəzinə yeni nəsil döyüş təyyarəsi qərarı verməsinə təsadüf etməsi diqqət çəkib. Danimarka 2016-cı ildə “Lockheed Martin” tərəfindən istehsal olunan “F-35” döyüş təyyarələrini almağa qərar verdiyini elan edib.

Bundan əvvəl NSA-nın kabel müqaviləsindən istifadə edərək Almaniya, Fransa, Hollandiya, İsveç və Norveçi də izlədiyi açıqlanıb. Monitorinq zamanı Amerika kəşfiyyatının e-poçt, mətn mesajı və söhbət məzmununa, telefon zənglərinə və məkan məlumatlarına daxil ola bildiyi qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər