Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turu başa çatıb.
Teleqraf.com xəbər verir ki, 17 majoritar dairə üzrə keçirilən II tur üzrə paytaxt Tbilisi və bölgələrdə 1 923 seçki məntəqəsi saat 20:00-da bağlanıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə prosesi seçici passivliyi fonunda keçib.
MSK-nın son məlumatına əsasən, saat 17:00-a seçici fəallığı 21 faiz olub.
Bununla belə ikinci mərhələ seçici fəallığı üzrə istənilən nəticə ilə baş tutmuş hesab ediləcək. Hər dairədə iki namizəd mübarizə aparıb və onların hansı daha çox səs toplasa, o da deputat mandatı qazanacaq.
Qeyd edək ki, seçkilərin birinci mərhələsi oktyabrın 31-də keçirilib.