İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib. Baş nazir burada vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Qaley Tsaxal” radiosu xəbər yayıb.
“Baş nazir Netanyahu və “Mossad”ın başçısı Yosi Koen dünən Səudiyyə Ərəbistanında vəliəhd şahzadə ilə görüşüblər”, – deyə radionun yaydığı məlumatda bildirilib.
Baş nazirin dəftərxanası bu informasiyanı şərh etməkdən imtina edib. “Biz bu məlumatı şərh etmirik”, – deyə dəftərxana nümayəndəsi RİA Novosti-yə bildirib.