19 Oktyabr 2014 16:52
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Tehrandakı səfiri Nurməhəmməd Çadmani İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb. Teleqraf.com-un məlumatına görə, səfirə bildirilib ki, son günlər bəzi terror qruplaşmaları Pakistan ərazisindən İran sərhədlərini pozaraq ölkəyə daxil olub, qeyri-sabitlik yaratmağa cəhd edirlər.

Səfirin nəzərinə çatdırılıb ki, terrorçuların İran ərazisinə soxulmasının qarşısı alınarkən 2 sərhəd polisi həlak olub. İki qardaş dövlətin münasibətlərinə zərər vurduğu üçün bu kimi hallar tez bir zamanda aradan qaldırılmalı, terrorçular cəzalandırılmalıdırlar.

Pakistanın səfiri İranın iradlarını hökumətinə çatdıracağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.


Müəllif:

Oxşar xəbərlər