Nigerin keçmiş prezidenti Mamadu Tandja 82 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə RFI radiosu bildirib.
"Respublikanın prezidenti və hökuməti Niger Respublikasının sabiq prezidenti Mamadu Tandjinin noyabrın 24-də Niameedə ölümü haqqında təəssüflə bildirir", - Niger hakimiyyətinin bəyanatında deyilir.
Tandjinin ölüm səbəbi açıqlanmır. Ölkədə üçgünlük matəm elan edilib.
Mamadu Tandja 1999-cu ilin dekabrından 2010-cu ilin fevralına qədər Niger prezidenti olub. O, 2010-cu ildə hərbi devriliş nəticəsində qiyamçılar tərəfindən devrilib. Bundan dərhal sonra Mamadu həbs edilib, ancaq 2011-ci ilin mayında onu azad ediblər.