27 Noyabr 2020 11:18
4 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail mediasına danışan PKK terror təşkilatının lideri Murad Qarailan Vaşinqton hökumətinə yalvararaq “Bizi terror siyahısından çıxarın” çağırışı edib.

Teleqraf.com xəbər verir ki, Qarailan İsrailin “The Jerusalem Post”a müsahibə verib.

O, Türkiyənin son dövrlər terror təşkilatına ciddi zərbələr vurduğunu xatırladarq bildirib ki, yaxın zamanlarda problemin həllinə dair heç bir işarət yoxdur.

Özünü kürd xalqının təmsilçisi kimi təqdim etməyə çalışan terrorçu ABŞ-a müraciət edərək adının terrorçuların siyahısından çıxarılmasını xahiş edib.

Qəzetin İranla bağlı suallarına cavab verən Murad deyib ki, İran və Suriya da Türkiyə kimi addımlar atır: “PKK-nın İran qolu olan PAJAK Tehran hökuməti tərəfindən çox sərt şəkildə vurulur”.

Sonda terrorçu silahı yerə qoyub-qoymayacaqları haqda danışarkən Türkiyə Cümhuriyyəti qarşısında şərt irəli sürməyə cəhd edib. Deyib ki, PKK lideri Abdulla Öcalanın azadlığa buraxılması halında silahı yerə qoyacaqlar.


Müəllif: Cavad

Oxşar xəbərlər