2 Dekabr 2020 08:45
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresindəki bir qrup respublikaçı və demokrat pandemiya ilə əlaqədar iqtisadiyyata 908 milyard dollarlıq əlavə dəstək layihəsini təqdim ediblər.

Teleqraf.com-un məlumatına görə, layihə işsizlik sığortasına 180, kiçik sahibkarlıq sahəsi yardımına isə 288 milyard dollar ayırır. Bununla birgə nəqliyyat, şəhərlər, məktəblər və poçt xidmətinə milyardlarla dollar dəstək veriləcək. COVID-19-a qarşı peyvəndlərin hazırlanması üçün 16 milyard dollar ayrılması planlaşdırılır.

"Bu, koronavirus pandemiyası zamanı yardım mexanizmidir. Siyasi tarazlığın vaxtı deyil ... Layihə ən çətin anlardan keçməyimizə kömək edəcək", - deyən senator Co Mançin Konqresin Milad tətillərinə iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbir paketi təmin etmədən ayrılmasının "bağışlanmaz" olacağını bildirib.


Müəllif: Teleqraf.com