Türkiyədə son sutka ərzində daha 193 nəfər koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 14 min 129 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyə indiyədək 513 min 656 nəfər koronavirusa yoluxub.