7 Dekabr 2020 14:50
6 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Xarici İşlər naziri Jan-İv Le Drian insan haqları təşkilatlarının kəskin tənqidləri altında üç günlük rəsmi səfərdə olduğu Parisdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Sisi bu gün Fransa Prezidenti Emmanuel Makronla Yelisey Sarayında bir araya gələcək.

Görüşdə terrorizmlə mübarizə ilə yanaşı ikitərəfli əlaqələr, Liviya, Aralıq dəniznin şərqindəki durum, Livan, İraq, İran və Türkiyə məsələləri müzakirə ediləcək. Makron Yelisey Sarayında Sisinin şərəfinə axşam yeməyi verəcək.

Amnesty International, Human Rights Watch (HRW), İnsan Haqları Liqası (LDH) və Misirdəki bəzi təşkilatlar da daxil olmaqla 18 beynəlxalq insan haqları təşkilatları birgə bəyanat yayaraq, Sisi ilə görüşəcək Makrona etiraz ediblər.

Bəyanatda Fransa prezidentindən ölkəsində insan haqlarını kobud şəkildə pozan Sisiyə etiraz etmək, Misirdə həbs olunan fəalların və hüquq müdafiəçilərinin sərbəst buraxılması üçün təzyiq göstərməsi istənilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər