10 Dekabr 2020 12:02
3 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

10:01

İtaliyalı xarici siyasət mütəxəssisləri Avropa Birliyi (AB) liderlər sammitində Türkiyə-AB əlaqələrinin müzakirə ediləcəyini, toplantıda Türkiyəyə sanksiya qərarı gözləmədiklərini söyləyiblər.

Teleqtraf.com xəbər verir ki, türk mediasına danışan italiyalı mütəxəssis Valeriya Cannotta əsas müttəfiqinə qarşı sanksiyaların Avropanın özünə zərər verəcəyini bildirib.

O, bunun xüsusən İtaliya və Almaniyanın əleyhinə olacağına diqqət çəkib.

Canotta hesab edir ki, hər kəs Ankara ilə konstruktiv dialoq aparmaq üçün məsuliyyətini dərindən düşünməlidir: “Aralıq dənizinin şərqindəki gərginlik Avropanın Kipr adasına yönəlik siyasətindən irəli gəlir. Türkiyə Avropa üçün əhəmiyyətli strateji tərəfdaş olmağa davam edir. Düşünürəm ki, məsələlər danışıqlar yolu ilə həllini tapmalıdır”.

İtaliyanın Ankaradakı keçmiş səfiri Karlo Marsili isə Türkiyə və AB arasındakı münasibətlərdə yüksək gərginliyin olduğunu qeyd edib, Fransa və Yunanıstanın Türkiyəyə qarşı birgə hərəkət etdiyini vurğulayıb:

“Bununla belə, məndə 10-11 dekabr tarixlərində keçiriləcək zirvədə sanksiya qərarı olmayacağı təəssüratı var, çünki bu qərar yekdillik tələb edir. İtaliya sanksiyaların tərəfdarı deyil, eyni şəkildə, AB-nin dönəm sədri Almaniyanın da tərəfdarı olduğunu düşünmürəm. Eyni zamanda, Macarıstan və Polşanın da bu qərarı dəstəkləyəcəyinə inanmıram”.

Keçmiş səfir bölgədə vəziyyəti gərginləşdirən ölkənin Türkiyə yox, Yunanıstan olduğunu da bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər