Rusiyada həyatına edilən sui-qəsddən sağ çıxan müxalifət lideri Aleksey Navalnının həyatına ikinci dəfə öldürməyə cəhd ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı ingilis mediası Almaniya mənbələrinə istinadən yayıb.
İddia edilib ki, Navalnını yenə də Naviçok maddəsi ilə zəhərlənməyə çalışıblar.
Xatırladaq ki, Navalnı avqustun 22-də Tomskdan Moskvaya uçarkən özünü narahat hiss edib. Daha sonra onun zəhərləndiyi məlum olub. Müxalifətçi avqustun 22-də Moskvadan Berlinə aparılıb.