Yaponiyada iki nazir vəzfəsindən istefa verməyə məcbur olub.
Teleqraf.com-un məlumatına görə, hökumətin iki əsas siyasi xadimi seçiciləri ələ almaq barədə ittihamların fonunda istefa verib. Bunlardan biri İqtisadiyyat, ticarət və sənaye naziri Yuko Obuçi, digəri isə Ədliyyə naziri Midori Matsuşimudur.
Sabiq Ədliyyə naziri seçicilərə üzərində öz fotosu əks etdirilən yelpiklər paylamaqda təqsirli bilinib. Bu, müxalifət tərəfindən onun ünvanına səslənən kəskin ittihamlara səbəb olub.
Midori Matsuşimu özü də etiraf edib ki, seçicilərə hətta ən ucuz hədiyyənin verilməsi belə qanunazidd hərəkətdir. Müxalifətin bəyanatına görə, belə addım Ədliyyə naziri vəzifəsini tutmaqla bir araya sığa bilməz.
Əvvəllər hökumət belə qalmaqallardan yayınmağa müvəffəq olmuşdu. Midori Matsuşimu və Yuko Obuçi hazırkı hökumətə daxil olan qadınlardan ibarət qrupun üzvləri idilər. Onlar cari ilin sentyabrında hökumətdə aparılan dəyişiklik zamanı gender bərabərliyi uğrunda mübarizə şüarı ilə vəzifəyə gətirilmişdilər.