17 Dekabr 2020 10:44
6 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı respublikaçı senator Lindsey Qraham Co Bayden administrasiyasının İranla nüvə anlaşmasına geri dönməsinin yeni hökumətin Yaxın Şərqdə sabitlik üçün verəcəyi ən fəlakətli qərar ola biləcəyi xəbərdarlığını edib.

Teleqraf.com xəbər verir ki, Qraham yeni Prezident Baydenin Donald Trampın qərarı ilə imtina edilən nüvə anlaşmasına qayıtmaq planları ilə bağlı açıqlama verib.

“Bu razılaşmaya qayıtmaq, Bayden administrasiyasının Yaxın Şərqdəki sabitlik üçün verəcəyi ən fəlakətli qərar ola bilər. Senat onu dəstəkləyəcək bir qərara gəlməlidir”, - senator bildirib.

İsrail Baş naziri Benyamin Netanyahu da Baydenə bir mesaj verib: “İran dayandırılmasa, qlobal bir quldura çevriləcək”.

İsrailin BMT-dəki səfiri Danni Danon da, Trampın 2018-dəki qərarını “tarixi” olaraq xarakterizə edib və Yaxın Şərqə təhlükəsizlik və sabitlik gətirəcək yeni bir dövrün başlanğıcı olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər