Kuba Xarici işlər naziri Bruno Rodrigez Parrilla ABŞ-ın Rusiyadan “S-400” hava müdafiə sistemləri alan Türkiyəyə sanksiya tətbiq etməsinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə Tvitter hesabında yazıb.
Parrilla Türkiyəyə təktərəfli sanksiyalar tətbiq etdiyinə görə ABŞ-ı qınadıqlarını bildirib.
O, Vaşinqtonin tez-tez beynəlxalq hüquqa və BMT-nin şərtlərinə hörmətsizlik etdiyini vurğulayıb.