20 Dekabr 2020 22:56
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçirilən bir onlayn sorğuya görə, Prezident Emmanuel Makronun populyarlığı dekabr ayında 3 pillə geriləyərək 38 faizə düşüb.

Teleqraf.com xəbər verir ki, sorğuda iştirak edənlərin 60 faizi Prezident Makron və Baş nazir Jan Kasteksdən narazılığını bildirib. İctimai Rəy Tədqiqatlar İnstitutu (IFOP) 9-17 dekabr tarixləri arasında Franssa mətbuatı üçün 18 yaş və yuxarı 1936 nəfər arasında onlayn sorğu keçirərək, hökumətdən populyarlıq və məmnuniyyəti araşdırıb.

Araşdırmada fransızların 60 faizinin koronavirus səbəbiylə karantində olan Makondan və Kasteksdən razı olmadığı ortaya çıxıb. Sorğunun nəticəsində Makronun populyarlığının dekabr ayında 3 faiz azalaraq 38, baş nazirinki isə 2 faiz azalaraq 37 faizə düşdüyü göstərilib. Noyabr ayında aparılan bir araşdırmada da məlum olmuşdu ki, ölkədəki hər 10 fransızdan 7-si COVID-19 pandemiyası ilə mübarizədə Makron administrasiyasına inanmır və hökumətin pandemiya ilə mübarizə tədbirlərini yanlış hesab edir.

Son araşdırmalar Makronun qarşıdakı prezident seçkiləri üçün şanslarının getdikcə azaldığını göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər