22 Dekabr 2020 11:12
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nazirliyi hərbi əlaqələr səbəbilə ABŞ məhsulları və texnologiyalarının alınması məhdudlaşdırılan Çin və Rusiya şirkətlərinin siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyahıda 58-i Çin, 45-i Rusiya olmaqla ümumilikdə 103 şirkətin olduğu bildirilib.

Siyahıda yer alan şirkətlərin hərbi əlaqələrinin müəyyən olunduğu vurğulanıb. Açıqlamada ixracatçıların bu şirkətlərə müəyyən məhsulları ixrac etmələri üçün lisenziya almalarının lazım olduğu qeyd edilib.

ABŞ-ın ticarət naziri Vilbur Ross siyahının ixracatçıların müştərilərinin hərbi əlaqələrini görmələrinə kömək edəcəyini bildirib.

ABŞ Ticarət Nazirliyi dekabrın 18-də mikroçip istehsalçısı “International Semiconductor Manufacturing Company” (SMIC) və dron istehsalçısı “DJI” daxil olmaqla 60-dan çox Çin şirkətini “milli təhlükəsizliyin qorunması” səbəbi ilə “qara siyahı”ya saldığını elan etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər